Modern.az

Azərbaycan azad olunmuş ərazilərimiz üçün BMT missiyasını gözləyir - XİN

Azərbaycan azad olunmuş ərazilərimiz üçün BMT missiyasını gözləyir - XİN

Aktual

6 İyul 2021, 09:46

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) ölkəmizin azad olunmuş ərazilərinə nə vaxt missiya göndərəcəyi ilə bağlı sualı cavablandırıb.

Modern.az-ın məlumatına görə, L.Abdullayeva bildirib:


Azərbaycan tərəfi və BMTQAK arasında aparılmış müzakirələr nəticəsində təşkilatın ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiya həyata keçirilməsi ilə bağlı razılıq əldə edilmişdi. Ümumiyyətlə, vurğulamaq istərdik ki, Azərbaycan humanitar missiyaların həyata keçirilməsi ilə bağlı beynəlxalq hüquq prinsiplərini, xüsusilə də dövlət suverenliyi prinsipini rəhbər tutaraq beynəlxalq missiyaları öz ərazisində qəbul etməyə hazırdır. Bu xüsusda, BMTQAK missiyasının azad olunmuş ərazilərimizə həyata keçirilməsi ilə bağlı təşkilatdan konkret məlumatın təqdim edilməsini gözləyirik. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında BMTQAK missiyasını qəbul etməyə hazırdır”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV