Modern.az

Azərbaycanın Ermənistanla sərhəddə yanğın baş verib

Azərbaycanın Ermənistanla sərhəddə yanğın baş verib

Aktual

7 İyul 2021, 09:09

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə iyulun 6-da axşam saatlarında Qazax rayonu ərazisində Azərbaycan Respublikasının Ermənistanla sərhəd zolağında yanğın olması barədə məlumat daxil olub.

 

Nazirlikdən Modern.az verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın Ermənistan Respublikası ərazisində başlayıb və Azərbaycan Respublikasının ərazisinə keçib. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində Qazax rayonunun Aslanbəyli və Qaymaqlı kəndləri ərazisinə (quru ot və kol-kos olan açıq ərazilər) keçən yanğınların geniş əraziyə yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirilir, yanğınsöndürmə işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir