Modern.az

Paşinyanın Putinlə bugünkü görüşü - nələr gözlənilir...

Paşinyanın Putinlə bugünkü görüşü - nələr gözlənilir...

Aktual

7 İyul 2021, 10:15

“Görüşdən sonra mina xəritələri verilə bilər”- Paşinyanın Putinlə görüşündən nə gözlənilir?

 

Ermənistanda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bu gün Putinlə görüşəcək.

 

Paşinyan seçkidə yenidən qalib gəlməsindən sonra ilk xarici səfəri Moskvaya edir.

 

Bəs səfər zamanı hansı mövzular müzakirə olunacaq?

 

Siyasi ekspert Elman Vəliyev Modern.az-a açıqlamasında bildirib ki, müzakirə predmetinin biri və ən əsası Ermənistan sərhədlərini Rusiya qüvvələri tərəfdən müdafiəyə götürmə olacaq:

 

“Paşinyan Moskvaya bu yaxınlarda nümayəndə heyəti göndərdi. Bu heyət iyunun 26-sı gedib, iyulun 1-i geri qayıtdı. Moskvada keçirilən iclaslar zamanı Rusiyanın Ermənistandakı hərbi bazasının fəaliyyəti və funksionallığı üçün Rusiya tərəfinə torpaq sahələrinin və daşınmaz əmlakın verilməsi məsələləri nəzərdən keçirildi. Bu da Ermənistan sərhədlərini Rusiya qüvvələrinin müdafiəyə götürməsi məsələsini demək olar ki, təsdiqləyir.

 

Bu gün keçiriləcək görüşdə 11 Yanvar 2021-ci il tarixli bəyanat da masaya qoyula bilər. Nəqliyyat, kommunikasiya sistemlərinin bərpası, Zəngəzur dəhlizi də müzakirələrdə yer alacaq”.

 

Ola bilsin ki, görüşdən sonra yenə erməni diversantlar qarşılığında xəritələrin verilməsi prosesi baş tutsun:

 

“Paşinyan vəziyyəti düzgün qiymətləndirməlidir. Kompromisə getməyə məcburdur. Belə edəcəyini də zənn etmək olar.  Qərb Ermənistan tərəfinə bir xeyli maddi yardım edir. Bu, Ermənistanı qərblə yaxınlaşmağa daha da sövq edir. Putinin həm də bu amili  nəzərə alacağını düşünmək olar. Yəni Paşinyan qərbə üz tutur və yenidən qalib gəlir. Amma bu o demək deyil ki, Kreml əlaltısı olan Ermənistanı belə qoyacaq, ara-sıra qulaqburması verəcək”.

 

Aysel Məhərrəm

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV