Modern.az

Təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olundu

Təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olundu

Aktual

7 İyul 2021, 12:00

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına təltif olunduqları orden və medallar verilib.

 

Modern.az xəbər verir ki, orden və medallar DSX-nin Vətən müharibəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə lövhəsinin açılış mərasimində təqdim edilib.

 

Belə ki, Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­rək Suqovuşanın, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının, Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV