Modern.az

Qazaxda sərhəd boyunca baş verən yanğın söndürülüb

Qazaxda sərhəd boyunca baş verən yanğın söndürülüb

Aktual

7 İyul 2021, 15:18

İyulun 7-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Qazax rayonunun Fərəhli kəndində sərhəd zolağı boyunca quru otun yanması barədə məlumat verilib.

FHN-in mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın zamanı təxminən 5 hektar sahədə quru ot və kol-kos yanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir