Modern.az

Hacıqabulda “Qarabağ” ordeni Şəhidin atasına təqdim olundu

Hacıqabulda “Qarabağ” ordeni Şəhidin atasına təqdim olundu

Aktual

7 İyul 2021, 15:06

Azərbaycan Respublikasının Prezident İlham Əliyev 9 dekabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Silahlı Qüvvələrin hərbi qulluqçularını “Qarabağ” ordeni ilə təltif etmişdir. Təltif olunanlardan biri də Hacıqabul rayon Meyniman kənd sakini, Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, şəhid Şıxəliyev Mehdi  Yalçın oğlu idi.

 

Modern.az xəbər verir iyulun 7-də Heydər Əliyev Mərkəzində şəhidin ailəsinə “Qarabağ” ordenini təqdim etmək üçün mərasim təşkil edilib. 

 

Ordenin təqdim olunmasında Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, RİH məsul işçiləri və Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon Şöbəsinin əməkdaşları iştirak edib.

 

“Qarabağ” ordeni Şəhidin atası Yalçın Şıxəliyevə təqdim olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV