Modern.az

Şəhid ailələri və qazilər “Məşğulluq marafonu”na necə müraciət edə bilər?

Şəhid ailələri və qazilər “Məşğulluq marafonu”na necə müraciət edə bilər?

Aktual

7 İyul 2021, 16:50

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qazilərinin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na müraciət üçün qeydiyyat forması hazırlanıb.

 

ƏƏSMN-dən Modern.az-a verilən məlumata görə, marafondan faydalanaraq işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər //dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər. 

 

Qeyd edək ki, artıq marafona qoşulan işəgötürənlərin sayı 200-ə, onlar tərəfindən e-sistemə daxil edilən vakansiyaların sayı 900-ə yaxındır.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər də bu məqsədlə vakansiyalarını //dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV