Modern.az

Bakı məktəblərində işə qəbul müsabiqəsinin test mərhələsinin nəticələri açıqlandı

Bakı məktəblərində işə qəbul müsabiqəsinin test mərhələsinin nəticələri açıqlandı

Aktual

7 İyul 2021, 17:08

Ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri bəlli olub.

 

Modern.az-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən müsabiqənin test mərhələsinin nəticələri təhlil edilib və keçid balları müəyyənləşdirilərək namizədlərin “Şəxsi kabinet”inə göndərilib. Keçid balını toplamış 192 namizəd müsabiqənin III (şifahi müsahibə) mərhələsində iştirak etmək hüququ qazanıb.

 

Şifahi müsahibənin vaxtı və yeri barədə namizədlərə əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV