Modern.az

İsrailin yeni Prezidenti and içdi

İsrailin yeni Prezidenti and içdi

Aktual

7 İyul 2021, 18:50

İsrailin yeni Prezidenti İshak Hersoqun bu gün Knessetdə (parlament) andiçmə mərasimi keçirilib.

 

Modern.az-ın məlumatına görə, yeni Prezident and içəndən sonra andiçmə mətnini imzalayıb.

 

Qeyd edək ki, İ. Hersoq bu il iyunun 2-də Knessetdə deputatların səsverməsindən sonra Prezident seçilib.

 

O bu postda Reuven Rivlini əvəzləyib.

 

İsraildə Prezident postu bir dəfə olmaqla 7 il müddətinə nəzərdə tutulur. Prezident ikinci müddətə seçilə bilməz.

 

Prezidenti vəzifədən ancaq parlament kənarlaşdıra bilər. Bunun üçün deputatların 3/4-ü onun impiçmentinin lehinə səs verməlidir.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV