Modern.az

Polis Zaqatalada çayda köməksiz qalan azyaşlıları xilas etdi - FOTO

Polis Zaqatalada çayda köməksiz qalan azyaşlıları xilas etdi - FOTO

Aktual

7 İyul 2021, 22:17

Dünən axşam saatlarında Zaqatala Rayon Polis Şöbəsinə rayona yağan güclü leysan yağışları səbəbilə Sabunçu çayında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, bu barədə xəbər daxil olan kimi polis əməkdaşları dərhal həmin əraziyə yollanıb.

 

İçərisində ikisi azyaşlı olmaqla, ümumilikdə beş nəfərin olduğu yük avtomobilinin çayın ortasından batması səbəbilə həmin şəxslərin təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

Polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının birgə təcili və təxirəsalınmaz tədbirləri nəticəsində onlar təhlükəsiz əraziyə çıxarılıblar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV