Modern.az

Şəmkirdə sel maşını apardı, 3 nəfər yaralandı

Şəmkirdə sel maşını apardı, 3 nəfər yaralandı

Aktual

7 İyul 2021, 23:38

Şəmkir rayonunda yağmurlu hava şəraiti səbəbindən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun “Kraz yolu” deyilən yolda qeydə alınıb.

 

Belə ki, sel bir avtomobili apararaq digər avtomobilə çırpıb. Nəticədə üç nəfər xəsarət alıb. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

 

Onlardan ikisinin kimliyi məlum olub - Bənövşə Musayeva və İlqar Musayev. Faktla bağlı araşdırmalara başlanılıb (report).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir