Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varheli Azərbaycana səfəri çərçivəsində iqtisadiyyat və energetika nazirləri Mikayil Cabbarov və Pərviz Şahbazovla görüşüb.
Modern.az-ın məlumatına görə, bu barədə avropalı diplomat tvitter hesabında paylaşım edib.
Görüş zamanı "Şərq Tərəfdaşlığı" üçün nəzərdə tutulmuş İqtisadi və İnvestisiya Planının potensialı barədə fikir mübadiləsi aparıldığını bildirən komissar qeyd edib:
"Azərbaycan bu planın tətbiqi üçün əsas tərəfdaşdır".
