Modern.az

Şəmkirdə evdə yandı, 1 nəfər tüstüdən zəhərləndi

Şəmkirdə evdə yandı, 1 nəfər tüstüdən zəhərləndi

Aktual

8 İyul 2021, 08:24

Şəmkir rayonunun Könüllü kəndində ümumi sahəsi 1000 m² olan birmərtəbəli mebel salonunun zirzəmisində sahəsi 50 m² olan otağın yanar konstruksiyaları, içərisinə yığılan stol-stul və 3 ədəd döşək yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yüksək temperaturdan mebel salonunun lambirindən ibarət tavanı 120 m² sahədə qarsalanıb. Mebel salonunun qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

 

Şəmkir rayonunun Yeniabad kəndində ümumi sahəsi 168 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində mətbəx mebeli 3 p.m yanıb.

 

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı