Modern.az

UEFA-dan Macarıstana sərt cəza

UEFA-dan Macarıstana sərt cəza

Aktual

10 İyul 2021, 10:10

UEFA İntizam Komitəsi Macarıstan millisini cəzalandırıb.

 

Modern.az xəbər verir ki, buna yığmanın azarkeşlərinin AÇ-2020-nin qrup mərhələsində Portuqaliya, Fransa və Almaniya ilə matçlarda irqçi hərəkətləri, ayrıseçkiliyin yer aldığı pankartlar açması səbəb olub.

 

Macarıstan millisi biri 2 il müddətinə şərti olmaqla, ümumilikdə üç matç azarkeşsiz oynamaq cəzasına layiq görülüb.

 

Bundan başqa, Macarıstan Futbol Federasiyası 100 min avro məbləğində cərimələnib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi