Modern.az

Polad Həşimovun xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi

Polad Həşimovun xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi

Aktual

13 İyul 2021, 17:55

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib.

Aksiyadan öncə Milli Qəhrəmanın anası Səmayə xanım başda olmaqla Birliyin fəal üzvləri, ictimaiyyət nümayəndələri İkinci Fəxri xiyabana gedərək, Polad Həşimovun abidəsi önünə gül çələngi qoyub, ruhuna dualar oxuyiblar.

Sonra tədbir iştirakçıları Xətai rayonundakı Polad Həşimov prospektində ağacəkmə aksiyasında iştirak ediblər.

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal bildirib ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək, müqəddəs Şəhidlik zirvəsinə ucalmış, 44 günlük Vətən müharibəsinin təməl daşı, Azərbaycan gəncliyinə örnək, hərb tariximizin ləyaqətli simalarından biri, öz məğrurluğu adını  Azərbaycan tarixinə əbədi yazdıran general-mayor Polad Həşimovun anım günündə belə bir aksiyanın keçirilməsini vətəndaşlıq borcudur.

İcraçı direktor onu da qeyd edib ki, bu sayaq İctimai, mədəni əhəmiyyətli tədbirləri gerçəkləşdirməkdə əsas məqsəd Ali Baş Komandan İlham Əliyevin Milli Qəhrəmanlara və onların ailə üzvlərinə diqqət və qayğı yönümündə dövlət tərəfindən görülən uğurlu işlərə vətəndaş cəmiyyətinin töhfəsini verməkdir. Qurum rəhbəri Birlik tərəfindən gələcəkdə də ictimai, siyasi, mədəni, kütləvi, mənəvi dəstək ruhlu, tədbir və layihələrin davam etdiriləcəyini xüsusi olaraq vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?