Modern.az

Erməni casusları bu gün hakim qarşısına ÇIXARILACAQ

Erməni casusları bu gün hakim qarşısına ÇIXARILACAQ

Aktual

14 İyul 2021, 08:06

Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

 

Modern.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə başlayacaq məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi və cinayət işinin məhkəmə baxışına təyin ediləcəyi gözlənilir.

 

Qeyd edək ki, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham olunurlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?