Modern.az

"Microsoft"dan yenilik

Aktual

15 İyul 2021, 00:39

ABŞ-ın "Microsoft" korporasiyası Windows 365 adı alan əməliyyat sisteminin bulud versiyasını təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin saytında bildirilib.

 

Qeyd olunub ki, Windows 365 istifadəçilərin tətbiqlərinə və məlumatlarına uzaqdan və istənilən cihazdan daxil olması üçün nəzərdə tutulub.

 

Xüsusilə, bu, əməkdaşları məsafədən işləyən şirkətlərin rahat fəaliyyətini təmin etmək üçün hazırlanıb.

 

Müəssisələr bu ilin avqustun 2-dən etibarən bulud əməliyyat sisteminə giriş əldə edəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?