Modern.az

İmişlidə maşın aşdı, 3 nəfər xəsarət aldı

İmişlidə maşın aşdı, 3 nəfər xəsarət aldı

Aktual

15 İyul 2021, 22:38

İmişlidə baş verən qəzada 3 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə İmişli rayonunun Sarxanlı kəndində qeydə alınıb.

 

“Opel” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

 

Nəticədə avtomobildə olan 3 nəfər - İmişli rayonunun Boşçallar kənd sakinləri, 1982-ci il təvəllüdlü Süleymanov İsmayıl Bəybala oğlu, 1982-ci il təvəllüdlü Şükürov Fəxri Cümşüd oğlu və 1979-cu il təvəllüdlü Bilalov Fəxrəddin Həsənzadə oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...