Modern.az

Ərəb koalisiyası husilərin PUA-sını məhv etdi

Ərəb koalisiyası husilərin PUA-sını məhv etdi

Aktual

30 İyul 2021, 23:57

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası "Ənsar Allah" Yəmən hərəkatının (husilər) minalanmış pilotsuz uçuş aparatını məhv edib.

 

Modern.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın bəyanatında deyilir.

 

Məlumata əsasən, PUA Səudiyyə Ərbistanına məxsus ticarət gəmisi istiqamətində buraxılıbmış: "Husilərin Səudiyyə Ərəbistanının ticarət gəmisinə pilotsuz uçuş aparatı ilə hücum cəhdinin qarşısı alınıb. Babül-Məndəb boğazı istiqamətində gəmiçiliyin təhlükəsizliyini və azadlığını təmin etmək üçün bütün lazımi tədbirlər görülür".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?