Modern.az

Dünyanın ən varlı adamı bir gündə 14 milyard dollar itirdi

Dünyanın ən varlı adamı bir gündə 14 milyard dollar itirdi

Aktual

31 İyul 2021, 01:00

“Amazon” şirkətinin təsisçisi Ceff Bezos dünyanın ən varlı adamları reytinqində liderliyini itirib.

 

Modern.az xəbər verir ki, buna səbəb şirkətin səhmlərinin ucuzlaşması olub.

 

“Forbes”in məlumatına görə, cümə günü “Amazon” rüblük maliyyə hesabatını açıqlayıb və şirkətin gəlirləri gözləntilərdən aşağı olub.

 

Səhmlərin ucuzlaşması Bezosun bir gündə 14 milyard dollar itirməsilə nəticələnib.

O, dünyanın ən varlı şəxsləri siyahısında öz yerini “Louis Vuitton Moët Hennessy” qrupunun rəhbəri Bernar Arnoya təhvil verib. Sonuncunun varidatı 194.2 milyard dollar həcmində qiymətləndirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?