Modern.az

Özbəkistan vətəndaşı Bakıda qətl törətdi

Özbəkistan vətəndaşı Bakıda qətl törətdi

Aktual

31 İyul 2021, 11:00

İyulun 30-u saat 19 radələrində Binəqədi rayon sakini 1975-ci il təvəllüdlü Nailə Əliyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Binəqədi rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri, Özbəkistan Respublikası vətəndaşı 1980-ci il təvəllüdlü Elçin Ələkbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nailə Əliyevanı  qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Elçin Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq  davam etdirilir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?