Modern.az

Köçəryanın bloku mitinqlərə BAŞLAYIR

Köçəryanın bloku mitinqlərə BAŞLAYIR

Aktual

3 Noyabr 2021, 19:59

Ermənistanın sabiq prezidenti Robet Köçəryanın rəhbətlik etdiyi “Hayastan” bloku noyabrın 8-də Azadlıq meydanında mitinq keçirəcək.

 

Modern.az xəbər verir ki, bu Köçəryan öz “Facebook” səhifəsində yazıb.

 

Bundan əvvəl blok noyabrın 9-da mitinq planlaşdırmışdı.

 

“İndi bizə yenidən “dinc dövr” adı altında sülh vəd olunur. Bu, yeni güzəştlər, biabırçılıq, alçaldılma, yolverilməz olan yeni məğlubiyyət deməkdir”, - deyə Köçəryan bildirib.

 

O, hakimiyyət dəyişikliyinə nail olmaq üçün milli müqavimətin formalaşdırılmasına çağırıb. Köçəryan bunu ölkənin bu vəziyyətdən çıxması, sosial-iqtisadi böhrandan çıxması, təhlükəsizliyin təmin edilməsi üçün ilkin şərt hesab edir.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?