Böyük Britaniya Parlamentinin Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bob Bləkmənin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Twitter” hesabında etdiyi paylaşımında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov və Milli Məclisin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun müşayiəti ilə Britaniyadan gələn nümayəndə heyəti Şuşanın müxtəlif yerlərində olub.
"Cənab Bləkmənə məlumat verildi ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bizim əsas missiyamız Şuşanın tarixi şəhər mənzərəsini qaytarmaq, o cümlədən Şuşanı XXI əsrin qabaqcıl şəhərinə çevirməkdir", - deyə Aydın Kərimov qeyd edib.