"Türkiyə hər zaman Azərbaycanın yanındadır. Türkiyənin çətin anlarında Azərbaycanın da bizim yanımızda olduğunu bilmənizi istərdim".
Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Atilla Sertel bildirib.
Parlamentari Türkiyə-Azərbaycan hərbi əlaqələrinin daha da genişləndirilməli olduğunu vurğulayaraq, bu istiqamətdə hər cür dəstək verməyə hazır olduqlarını bəyan edib.
O, TBMM tribunasında iki ölkə arasındakı media əlaqələrinə də toxunub:
"Bu əlaqələr illər əvvələ dayanır. Azərbaycan mediasındakı dostlarımız Elşad Eyvazlı, Azay Quliyev, Qənirə Paşayeva və bir çoxları ilə birlikdə Türkiyənin müxtəlif bölgələrindəki tədbirlərdə Xocalı qətliamını gözlər önünə sərdik. Bu dostluq, qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi adına dəstəyimizi əsirgəməyəcəyik".