Modern.az

Millimiz Lüksemburqla qarşılaşacaq

Millimiz Lüksemburqla qarşılaşacaq

Aktual

11 Noyabr 2021, 08:38

Bu gün futbol Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində son matçına çıxacaq.

 

Modern.az xəbər verir ki, A qrupunda yer alan Canni de Byazinin komandası son görüşünü Lüksemburq yığmasına qarşı keçirəcək.

 

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma millimiz üçün formal xarakter daşıyacaq.

 

Belə ki, keçirdiyi 7 oyundan sonra cəmi bir xal qazanan yığmamızın qrup sonuncusu olacağı rəsmiləşib. Lüksemburq isə 6 oyundan sonra 6 xalla qrup üçüncüsüdür.

 

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, IX tur

11 noyabr
21:00. Azərbaycan – Lüksemburq

Baş hakim: Manuel Şuttenqruber (Avstriya)
Bakı Olimpiya Stadionu

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?