Modern.az

Polis ehtiyatsızlıqdan özünü YARALADI

Polis ehtiyatsızlıqdan özünü YARALADI

Aktual

11 Noyabr 2021, 09:46

Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

 

Modern.az-ın məlumatına görə, hadisə Şəmkir rayonunda qeydə alınıb.

 

Belə ki, Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Süleyman Əliyev xidmətə gedərkən xidməti silahı ilə ehtiyatsızlıqdan özünə atəş açıb və xəsarət alıb.

 

Xəsarət almış polis əməkdaşı xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.

 

DİN-nin Mətbuat xidməti oxu.az-a faktı təsdiqləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!