Modern.az

Güclü külək nə vaxtadək davam edəcək?

Güclü külək nə vaxtadək davam edəcək?

Aktual

11 Noyabr 2021, 10:02

“Bakıda əsən güclü şimal-qərb küləyinin bu gün gündüz saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir”.

 

Bunu Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

 

O qeyd edib ki, ölkə ərazisində hava şəraiti noyabrın 12-dən etibarən sabitləşəcək:

 

“Noyabrın 10-u gündüz saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Güclü şimal-qərb küləyi əsir. Bu gün noyabrın 11-i paytaxtda güclü şimal-qərb küləyinin gündüz saatlarından tədricən mülayimləşəcəyi gözlənilir. Fasilələrlə yağış yağacaq. Havanın temperaturu 9 dərəcəyədək isti olacaq. Bölgələrdə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq. 

 

Noyabrın 12-si səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, əsasən, yağmursuz keçəcəyi gözlənilir”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?