Modern.az

Arvadının boğazını kəsən ər TUTULDU

Arvadının boğazını kəsən ər TUTULDU

Aktual

11 Noyabr 2021, 10:19

Noyabrın 10-u saat 17 radələrində Pirallahı rayonu, Pirallahı qəsəbəsi ərazisində  1997-ci il təvəllüdlü Ayşən Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Pirallahı rayon prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1992-ci il təvəllüdlü Əsgər Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Pirallahı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Əsgər Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?