Modern.az

Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşdü

Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşdü

Aktual

11 Noyabr 2021, 11:50

10 noyabr 2021-ci il tarixində Parisə işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin ilə görüşüb.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Modern.az-a verilən xəbərə görə, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regiondakı cari vəziyyət barədə fikir mübadiləsi aparıblar.

 

Görüş zamanı tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?