Modern.az

Raket və artilleriya bölmələrimiz atəş mövqelərində - VİDEO

Raket və artilleriya bölmələrimiz atəş mövqelərində - VİDEO

Aktual

11 Noyabr 2021, 12:02

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışları icra edilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarıldıqdan sonra təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.

 

Atəşin idarəedilməsi və digər suallar məşq etdirilərək hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib.

 

Bölmələr şərti düşmən hədəflərini sərrast atəşlə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?