Modern.az

“Yanardağ”dan 23 minlik oğurluq

“Yanardağ”dan 23 minlik oğurluq

Aktual

11 Noyabr 2021, 12:25

Sentyabrın 29-dan oktyabrın 29-dək olan müddətdə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun anbarından 23.000 manat dəyərində elektrik və məişət əşyaları oğurlanıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həmçinin oradakı mebel və digər əşyaların yararsız hala salınması nəticəsində 8.000 manat dəyərində maddi ziyan vurulub.

 

Bu əməlləri törətməkdə şübhəli bilinən Məhəmmədi kənd sakinləri, əvvəllər oğurluq, qəsdən sağlamlığa ağır zərərvurma və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar - G.Əliyev və Q.Qasımov müəyyən edilərək saxlanılıb.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!