Modern.az

Polislərin maaşı artırılsın - Milli Məclisdə TƏKLİF 

Polislərin maaşı artırılsın - Milli Məclisdə TƏKLİF 

Aktual

11 Noyabr 2021, 12:38

Azərbaycanda polislərin maaşlarının artırılması təklif edilib.

 

Modern.az məlumatına görə, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

 

Deputat bildirib ki, polislərin maaşının ən azı iki dəfə artırılmasına ehtiyac var:

 

“Çünki hazırda onların maaşı çox aşağıdır. Polislər ictimai asayişin qorunmasında mühüm rol oynayır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?