Modern.az

Stokholmda Zəfər Günü aksiyası

Stokholmda Zəfər Günü aksiyası

Aktual

11 Noyabr 2021, 14:21

 

İsveçin paytaxtı Stokholm şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş  məlumatlandırıcı aksiya keçirilib.

 

Modern.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və İsveç Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan aksiya zamanı üzərində Azərbaycanın Zəfər Günü ilə bağlı məlumatın əks olunduğu avtomobil Stokholm  şəhərinin mərkəzi küçələrində hərəkət edib. 

 

Azərbaycanın xəritəsinin, azadlığına qovuşmuş torpaqlarımızın təsviri fonunda təqdim edilmiş məlumatda “8 Noyabr – Azərbaycanın Zəfər Günü” ifadəsi və “Qarabağ Azərbaycandır!” şüarı yazılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!