Modern.az

Səfikürddə Şəhidin ildönümü

Səfikürddə Şəhidin ildönümü

Aktual

12 Noyabr 2021, 14:31

Goranboyun Səfikürd kəndindən Vətən müharibəsi Şəhidi Behbudov Nofəl Həmid oğlunun ildönümündə məzarı ziyarət olunub.


Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, qazilər və bir qrup ictimai fəallar Səfikürd  kənd Şəhidlər Xiyabanında Vətən müharibəsi Şəhidi Behbudov Nofəl Həmid oğlunun ildönümü ilə bağlı, məzarını ziyarət etdilər, ruhuna dualar oxudular, əziz xatirəsini andılar. Behbudov Nofəl Həmid oğlu 7 iyun 2001-ci ildə Goranboy rayon Səfikürd kəndində anadan olub. 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Behbudov Nofəl Həmid oğlu Prezident cənab İlham Əliyevin sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni,  "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?