Modern.az

Millimizin Qətər sınağı

Millimizin Qətər sınağı

Aktual

14 Noyabr 2021, 09:47

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti sınağına çıxacaq.

 

Modern.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı yığmamız Qətərlə yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Bakı Olimpiya Stadionundakı matç komandamızın 2021-ci ildə son sınağıdır. Bu oyun baş məşqçi Canni de Byazi üçün də sonuncu ola bilər. Müqaviləsinin müddəti başa çatan italiyalının taleyinə özü üçün yubiley – 20-ci sınağından sonra aydınlıq gələcək.

 

Millimiz Qətər yığmasıyla bu il Macarıstanda da qarşılaşmış 1:2 hesabı ilə uduzmuşdu. İndi yığma komanda həm bu məğlubiyyətin revanşını ala, həm də ardıcıl məğlubiyyətlərə son qoya bilər.

 

Yoxlama oyunu
14 noyabr

21:00. Azərbaycan – Qətər
Baş hakim: Donatas Rumşas (Litva).
Bakı Olimpiya Stadionu.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?