Modern.az

Dehlidə məktəblər bağlandı

Dehlidə məktəblər bağlandı

Aktual

14 Noyabr 2021, 10:51

Hindistanın paytaxtı Dehli şəhərində havanın çirklənməsinin artması fonunda bir həftəlik məktəblər bağlanır. 

 

Modern.az bildirir ki, "Times of India"-nın yaydığı xəbərə görə, bu barədə Dehli şəhərinin birinci naziri Arvind Kecrival deyib: 

 

"Uşaqların çirkli hava ilə nəfəs almasının qarşısını almaq üçün bazar ertəsindən etibarən məktəblər bağlanacaq".

 

Bundan əlavə, bildirilir ki, şəhər hakimiyyətinin əmri ilə bütün tikinti işləri 4 gün müddətinə dayandırılır və bütün dövlət qulluqçuları məsafədən işə keçir. Şəxsi biznes isə "mümkün olduğu qədər" bu qaydaya əməl etməlidir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?