Modern.az

İtkin düşən tələbə tapıldı

İtkin düşən tələbə tapıldı

Aktual

14 Noyabr 2021, 13:34

Yevlaxda itkin düşmüş tələbə tapılıb.

 

Modern.az  xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat verib.


E.Hacıyev bildirib ki, rayonun Ərəş kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, birinci kurs tələbəsi ailəsinə təhvil verilib.
Müəyyən olunub ki, o könüllü olaraq, ailəsini məlumatlandırmadan yaşadığı ünvanı tərk edib.


Qurum rəsmisi qeyd edib ki, qıza qarşı zorakılıq, yaxud digər cinayətkar qəsd olmayıb.


Xatırladaq ki, Bakı Dövlət Universitetinin Şəki filialının I kurs tələbəsi olan yetkinlik yaşına çatmamış qız noyabrın 12-də itkin düşmüşdü.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?