Modern.az

Sabah bəzi rayonlarda qar yağacaq

Sabah bəzi rayonlarda qar yağacaq

Aktual

5 Dekabr 2012, 13:16

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında  dekabrın 05-dən 06-na keçən gecə bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-9, gündüz 10-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin bəzi yerlərdə yağış yağacağı, gecə dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var, gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 06-ı gündüzdən hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı