Modern.az

ADU-da Çin bayramı

ADU-da Çin bayramı

Aktual

21 Dekabr 2021, 10:25

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Dunçji (Qışın zirvəsi) Çin bayramına həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin mədəniyyətində “Dunçji”nin mühüm yer tutduğunu qeyd edən bayramın yaranma tarixi və fəlsəfəsi haqqında məlumat verib.

 

Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva bayram mərasimləri barədə məlumat verib, “Dunçji”nin rəmzi olan Meixua gavalı çiçəklərinin uzunömürlülüyü, qışı və gözəlliyi təcəssüm etdirdiyini bildirib.

 

O, həmçinin düyüdən top şəklində hazırlanmış şirin şorbanın – “tangyuan”ın (Xan sülaləsi dövründə hazırlanan və ailə birliyinin rəmzi sayılan təam) hazırlanması haqqında danışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!