Modern.az

"TikTok"da problem yaranıb

Aktual

23 Dekabr 2021, 07:38

TikTok" sosial şəbəkəsinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.

 

Modern.az-ın məlumatına görə, bu barədə populyar internet resursların işini izləyən "Downdetector" portalı xəbər verir.

 

Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən ABŞ, Kanada və Böyük Britaniyada qeydə alınıb.

 

Bildirilir ki, istifadəçilərin 81 faizi saytın işində, 8 faizi mobil tətbiqin işində, 11 faizi isə serverə qoşulmada problemlərlə üzləşiblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!