Modern.az

Şəhidin ildönümündə məzarı ziyarət olunub

Şəhidin ildönümündə məzarı ziyarət olunub

Aktual

29 Dekabr 2021, 15:10

Tatarlı kəndindən Vətən müharibəsi şəhidimiz leytenant Ələsov Əli Aydın oğlunun ildönümündə məzarı ziyarət olunub.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısının müavini Rafət Qurbanov, rayonun digər rəhbər şəxsləri, Qazilər və bir qrup ictimai fəallar Tatarlı kəndində Vətən müharibəsi Şəhidi leytenant Ələsov Əli Aydın oğlunun ildönümü ilə bağlı, Şəhidimizin ailə üzvləri ilə birgə, Səfikürd kənd Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər, ruhuna dualar oxuyublar, əziz xatirəsini anıblar.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı