Modern.az

Ordunun döyüş hazırlığı TƏKMİLLƏŞDİRİLİB

Ordunun döyüş hazırlığı TƏKMİLLƏŞDİRİLİB

Aktual

29 Dekabr 2021, 16:37

“2021-ci ildə Azərbaycan Ordusunun gündəlik və döyüş fəaliyyəti Silahlı Qüvvələrin Ali Baş Komandanının göstəriş və tapşırıqları, Müdafiə naziri ve Baş Qərargah rəisinin əmr və tapşırıqları əsasında torpaqlarımızın, ərazi sularının və hava məkanının müdafiəsi, o cümlədən mümkün təxribatların qarşısının alınması və müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə həyata keçirilib".

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib

 

“Azad edilmiş ərazilərdə müdafiənin təşkili və dayanıqlığının temin edilməsi məqsədilə qoşunların hazır vəziyyətdə saxlanılması üzrə tapşırıqlar yerine yetirilib.

Ordunun keyfiyyətcə yüksək, müasir standartlara çatdırılması tapşırıqları uğurla yerinə yetirilir.

Vətən müharibəsinin təcrübəsi nəzərə alınmaqla qoşunların imkan və qabiliyyətlərinin artırılması, idareetme orqanlarının optimallaşdırılması, səfərbərlik, əməliyyat və döyüş hazırlığının təkmilləşdirilməsi üzrə planlı tədbirlər həyata keçirilir.

Vətən müharibəsindən sonrakı dövrdə həyata keçirilən fəaliyyətlər öz mahiyyəti və miqyası ile evvəlki illərdən xeyli fərqlənir. Bu çətin, lakin şərəfli dövrdə qarşıya qoyulan tapşırıqlar Azerbaycan Ordusu tərəfindən real veziyyet nəzərə müvəffəqiyyətlə yerinə yetirilib” , - deyə nazirlik rəsmisi qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı