Modern.az

92 min medal və orden aidiyyəti üzrə təhvil verilib 

92 min medal və orden aidiyyəti üzrə təhvil verilib 

Aktual

29 Dekabr 2021, 17:05

Bu günə qədər 92 min medal və orden aidiyyəti üzrə təhvil verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib.

 

Anar Eyvazov bildirib ki, Laçın və Kəlbəcərdəki əməliyyatlarda iştirak edən hərbçilər də təltif edilib.

 

“Vətən Müharibəsində bu ilin noyabrın ayında Kəlbəcər və Laçın istiqamətində erməni təxribatlarının qarşısını alarkən həyata keçirilən əməliyyatlarda iştirak edən və fərqlənən hərbi qulluqçulara 154 mindən artıq orden və medallar verilib.

Bu günə qədər 92 min medal və orden aidiyyəti üzrə təhvil verilib. Digər orden və medalların yoxlanması və bölüşdürülməsi prosesi davam etdirilir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı