Modern.az

ÜST-dən "Omicron"la bağlı daha bir xəbərdarlıq

ÜST-dən

Aktual

29 Dekabr 2021, 23:52

"Koronavirusun "Delta" və "Omicron" ştamları yeni pandemiya dalğasına səbəb ola bilər".

 

Modern.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus deyib.

 

Onun sözlərinə görə, “Delta” və “Omicron” ştammları yoluxmanın sayının artmasına səbəb olur ki, bununla da xəstəxanaya yerləşdirmə və ölüm halları artır.

 

ÜST rəhbəri əlavə edib ki, xüsusi narahatlıq doğuran məqam "Omicron"un daha yoluxucu olmasıdır.

 

O, əlavə edib ki, peyvənd bərabərsizliyinə son qoyulması koronavirusun yeni variantlarından qorunmaqda əsas şərtdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı