Omicronun insana daha bir mənfi təsiri aşkarlanıb.
Modern.az xəbər verir ki, bu barədə "Express" nəşri koronavirus xəstələrinin simptomlarını izləyən ZOE tətbiqinin hesabatına istinadən məlumat yayıb.
Araşdırmaya əsasən, digər ştammlardan fərqli olaraq, Omicron ştammı yaddaş və düşüncədə problemlər yaradır.
Alimlər bu problemlərin tənəffüs, qan dövranı, ifrazat və bədənin digər sistemlərinin zədələnməsi nəticəsində yarandığını qeyd ediblər.