Modern.az

Bu ölkələrdən İrana giriş qadağan olundu

Bu ölkələrdən İrana giriş qadağan olundu

Aktual

30 Dekabr 2021, 08:35

İran koronavirusun "omicron" variantı ilə mübarizə tədbirlərini davam etdirir.

 

Modern.az xəbər verir ki, ölkəyə Fransa, İngiltərə, Danimarka və Norveçdən giriş qadağan edilib. Sözügedən ölkələrdə yaşayan və ya tranzit uçuşlar həyata keçirən şəxslərin İrana girişinə icazə verilməyəcək. Yeni qərar İran vətəndaşlarına və diplomatlara şamil olunmayıb.

 

Digər tərəfdən, 12 yaşdan yuxarı xarici vətəndaşlar İrana daxil olmaq üçün 72 saat ərzində mənfi PCR testi və 2 doza qəbul edildikdən 14 gün sonra peyvənd sertifikatlarını göstərməlidirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...