Modern.az

“YAŞAT” yaralılarımızı ailələrilə görüşdürüb - VİDEO

“YAŞAT” yaralılarımızı ailələrilə görüşdürüb - VİDEO

Aktual

30 Dekabr 2021, 10:11

“YAŞAT” Fondu tərəfindən Türkiyədə müalicəsi davam etdirilən yaralananların ailə üzvləri üçün xüsusi layihə rellaşdırılıb.

 

Modern.az xəbər verir ki, layihə çərçivəsində Türkiyədə müalicəsi davam etdirilən 7  yaralı ailəsinin 19 ailə üzvünün həmin ölkəyə 26 dekabr – 2 yanvar tarixində səfəri reallaşdırılır.  Məqsəd 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə və Yeni il bayramında qazilərimizin ailə üzvləri və yaxınları ilə birlikdə olmalarını təmin etmək, onlara xoş bayram sevincini yaşatmaqdır.

 

Səfər çərçivəsində Türkiyədə müalicə alan qazilərimizin ailə üzvləri ilə görüşləri baş tutub.

 

Həmçinin səfər çərçivəsində yaralılarımızın və onların ailə üzvlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə şam yeməyi və xüsusi proqram təşkil olunub.

 

Yaralılarımızın ailə üzvləri təşkil edilən səfərə görə “YAŞAT” Fonduna və layihənin reallaşdırılmasına dəstək göstərən qurumlara təşəkkürlərini bildiriblər.

 

Səfərdə iştirak edən "YAŞAT" Fondunun əməkdaşları, həmçinin Türkiyədə ağır yaralılarımızın müalicə şəraiti və proseduru ilə maraqlanıb, həkim heyəti ilə görüşlər keçiriblər.

 

Görüşlər zamanı ağır yaralılarımızın müalicəsi istiqamətində ciddi irəliləyişlərin olduğu müşahidə olunub.

 

Xatırladaq ki, “YAŞAT” Fondu tərəfindən ümumilikdə 157 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilmiş, onlardan 116-sı ölkəyə geri qayıtmışdır. Hazırda 41 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir.

 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı