Modern.az

Azərbaycanın qaytardığı 5 əsirdən 1-i HƏBS EDİLDİ

Azərbaycanın qaytardığı 5 əsirdən 1-i HƏBS EDİLDİ

Aktual

30 Dekabr 2021, 16:00

Azərbaycandan qayıdan erməni hərbi əsirlərdən biri - Arman Xaçatryan saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib.


“Vətənə qayıdan 5 hərbi əsirin hamısı dindirilib, onlardan 1-i saxlanılıb”, - Tadeosyan deyib.


O bildirib ki, Arman Xaçatryan Ermənistan Cinayət Məcəlləsinin 365-ci (Döyüş vəzifəsini və ya hərbi xidmət keçmə qaydalarını pozma) maddəsi ilə saxlanılıb.


Qeyd edək ki, dekabrın 29-da Bakı Macarıstanın vasitəçiliyi ilə 5 erməni hərbi əsiri İrəvana təhvil verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı