Şimali Koreyada bir ilk yaşanıb. Yeni il nitqinin mövzusu dəyişib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In ilk dəfə olaraq yeni il nitqində müdafiədən yox, iqtisadi məsələlərdən danışıb.
2022-ci ilin başlaması münasibəti ilə danışan Kim Çen In Şimali Koreyanın Yeni il məqsədlərindən danışıb və diqqəti inkişafa, kənd təsərrüfatı istehsalının artırılmasına və ərzaq çatışmazlığının aradan qaldırılmasına yönəldib.