Modern.az

 "Qalatasaray" Muslera ilə yollarını ayırır

 "Qalatasaray" Muslera ilə yollarını ayırır

Aktual

1 Yanvar 2022, 19:06

Türkiyənin "Qalatasaray" futbol komandası Fernando Muslera ilə yollarını ayırmaq qərarına gəlib.

 

Modern.az xəbər verir ki, komanda uruqvaylı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma yolu ilə xitam verəcək.

 

Digər əcnəbi qapıçını sıralarına cəlb etmək niyyətində olan "sarı-qırmızılılar" legioner limiti tələbindən irəli gələrək bu addımı atıb.

 

Belə bir qərarın verilməsinə səbəb kimi son zamanlar Musleranın ard-arda uzun müddət zədə səbəbindən komandaya kömək edə bilməməsi göstərilir.

 

Ehtimal olunur ki, Muslera mövsümün sonunadək "Qalatasaray"da qalacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!